Polis Lerikdə əməliyyat keçirdi - Saxlanılan var 

10:24 12.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nicat Quliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin Lerik şəhəri ərazisindəki zibil poliqonunda yerləşən köhnə tikilinin damında gizlətdiyi "AK-74" markalı avtomat, həmin silaha aid daraq, 17 ədəd patron və sellofan bükümdə marixuana aşkarlanaraq götürülüb. N.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.